Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 12 sentyabr — Sputnik. Hadisə ötən gün gecə saatlarında Şəki şəhəri sakini Teymur Sadıqova məxsus, şəhərin Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən, ümumi sahəsi 32 kv/m olan ərzaq malları mağazasında yanğın baş verib.
Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları içərisindəki ərzaq malları ilə birlikdə yanıb. Mağazaya bitişik tikilən ümumi sahəsi 18 kv/m olan anbar və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmasa da sahibkara ciddi ziyan dəyib. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.