İlham Əliyev yüksək vəzifəli şəxsi işdən azad etdi

Abunə olmaq
Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib

BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini, İdarə Heyətinin üzvü Xəqani Abdullayev vəzifəsindən azad edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Məlumata görə, bir müddət əvvəl X.Abdullayev vəzifəsindən azad edilməsi ilə bağlı ərizə yazıb. Xatırladaq ki, X.Abdullayev 2010-cu ilin aprel ayında sədr müavini təyin edilib, 2015-ci ilin aprelində isə İdarə Heyətinin üzvü seçilib.

© Photo : Youtube / Irada ShiraliyevaXəqani Abdullayev
Xəqani Abdullayev - Sputnik Azərbaycan
Xəqani Abdullayev

Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib. O, vəzifəsindən öz xahişi ilə azad olunduğunu deyib.

Yeni iş yerinə gəlincə, mütəxəssis qeyd edib ki, hazırda tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır. X. Abdullayev şirkətin adını açıqlamaq istəməyib.

Xəbər lenti
0