SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Parlament yeni dövlətin yaranmasına "yox" dedi

© AP Photo / Jens Meyer“Müstəqil Kürdüstan" yazılan plakat, arxiv şəkli
“Müstəqil Kürdüstan yazılan plakat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir Heydər əl-İbadi referendum qərarının konstitusiyaya zidd olduğunu, bu səbəblə də nəticəni tanımayacaqlarını bildirmişdi

BAKI, 12 sentyabr — Sputnik. İraq parlamenti Kürd Regional Hökumətinin müstəqillik referendumunu rədd edib. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı bu gün parlamentdə səsvermə keçirilib. Referendumun tanınması ilə bağlı rədd qərarının qəbul edilməsini görən kürd əsilli millət vəkilləri salonu tərk edib.

Qeyd edək ki, İraq Kürd Regional hökuməti 25 sentyabrda müstəqillik referendumu keçirəcəyini bəyan etmişdi. Baş nazir Heydər əl-İbadi referendum qərarının konstitusiyaya zidd olduğunu, bu səbəblə də nəticəni tanımayacaqlarını bildirmişdi.

Xəbər lenti
0