BAKI, 12 sentyabr — Sputnik. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib. Sputnik Azərbaycan Marja-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.
© Photo : AzPolitikaNaxçıvan Muxtar Respublikası Mərkəzi Bankı
Naxçıvan Muxtar Respublikası Mərkəzi Bankı
© Photo : AzPolitika
Fərmana əsasən, Elvin Axundov Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.
Qeyd edək ki, E. Axundov bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.