Əfsanəvi liderin nəvəsindən müsəlmanlara dəstək

© AP Photo / Markus SchreiberHindistan Müstəqillik Hərəkatının lideri Mahatma Qandinin nəvəsi Ela Qandi
Hindistan Müstəqillik Hərəkatının lideri Mahatma Qandinin nəvəsi Ela Qandi - Sputnik Azərbaycan
Abunə olmaq
Müsəlmanlara qarşı çoxalan sistematik şiddətin, xüsusilə qadınlara və uşaqlara olan hücumların ciddi narahatlığa səbəb olduğunu deyən Qandi, Suu Çidən problemi sülh yolu ilə həll etməyə çağırıb

BAKI, 12 sentyabr — Sputnik. Hindistan Müstəqillik Hərəkatının lideri Mahatma Qandinin nəvəsi Ela Qandi, Myanmada müsəlmanlara qarşı davam edən buddist zülmünə səssiz qala bilməyib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Ela Qandi Myanmanın hökumət başçısı Aunq San Suu Çiyə məktub yazaraq Arakandakı müsəlman soyqırımına son verilməsini tələb edib.

"Sizdən bütün səlahiyyət və nüfuzunuzdan istifadə edərək, Arakan əyalətində yaşayan müsəlmanlara qarşı mərhəmətli davranılmasını təmin etməyinizi istəyirik" — Qandi yazıb.

Myanmada son günlər müsəlmanlara qarşı çoxalan sistematik şiddətin, xüsusilə qadınlara və uşaqlara olan hücumların ciddi narahatlığa səbəb olduğunu deyən 77 yaşlı xanım Qandi, Suu Çidən problemi sülh yolu ilə həll etməyə çağırıb.

Cənubi Afrika vətəndaşı olan Ela Qandi, 1994-2004-cü illər arasında Afrika Milli Konqres Partiyasından millət vəkili olub.

Xəbər lenti
0