BAKI, 12 sentyabr — Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sabah Rusiyaya səfər edəcək. Sputnik Azərbaycan "Mehr" xəbər agentliyinə istinadən bildirir ki, Zərif Soçi şəhərində rusiyalı rəsmilərlə görüşəcək. İranlı naziri səfər çərçivəsində yüksək səviyyəli nümayəndə heyəti müşayiət edəcək.
Məhəmməd Zərifin Rusiya prezidenti Vladimir Putinlə görüşüb-görüşməyəcəyi haqda hələlik məlumat yoxdur.