Mübariz Əhmədoğlu: “İranın Rusiyaya münasibəti vacib geostrateji resursdur”
İran prezidenti Həsən Ruhani Prezident İlham Əliyevi Azərbaycan, İran və Rusiya dövlət başçılarının Tehranda keçiriləcək növbəti üçtərəfli zirvə görüşünə dəvət edib.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, bu Azərbaycanın iştirak etdiyi üçtərəfli görüşlərdən ən əzəmətlisidir: “Bu üçtərəfli əməkdaşlıq təkcə Cənubi Qafqaz, Qafqaz və Mərkəzi Asiya ilə hüdudlanmır”.