Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 12 sentyabr — Sputnik. Şəkidə kəndə hücum edən canavarlar, 18 baş qoyunu parçalayaraq tələf edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Babaratma kəndində qeydə alınıb.
Kənd sakini Elman Orucova məxsus qoyunlar, dünən gecə saatlarında canavarın hücumuna məruz qalıb. Canavarlar həyətyanı sahədə olan 20 baş xırdabuynuzludan 18-ni parçalayaraq tələf edib, ikisi həyətə qaçdığından yırtıcılar onlara ziyan vura bilməyib.
Ümumiyyətlə, son günlərdə Babaratma və ətraf kəndlərdə canavar hücumu artıb. İki gün öncə kənddə canavarın hücumu nəticəsində iki iribuynuzlu tələf olub.
Qeyd edək ki, bu, kənddə son günlərdə ikinci canavar hücumudur.