Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycana avtomobil idxalı

Abunə olmaq
Sputnik Azərbaycan ölkəyə avtomobil idxalının durumu ilə bağlı xüsusi infoqrafika hazırlayıb

2015-ci ildə baş verən devalvasiyalardan sonra Azərbaycanda nəqliyyat vasitələrinin idxalı 2014-2016-cı illərin göstəriciləri ilə müqayisədə 12 dəfədən də çox aşağı düşüb. Nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin dərhal azaldılması dövlət strukturlarının dövlət xərclərini azaltması çərçivəsində, eləcə də milli valyutanın məzənnəsinin xarici valyuta qarşısında ikiqat ucuzlaşması fonunda əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar baş verib. 

Hazırda milli valyutanın bir qədər möhkəmlənməsi, həmçinin ölkədə orta əməkhaqqının yüksəlməsi nəqliyyat bazarında da canlanma yaradıb. 2017-ci ilin birinci yarımilinin yekunlarına görə, nəqliyyat vasitələrinin, ilk növbədə minik avtomobuillərinin idxalı ötən ilin analoji dövrü ilə müqayisədə artıb. 

Amma nəqliyyat vasitələrinin idxalındakı hazırkı artımın devalvasiyayaqədərki göstəricilərə çatması ehtimalı yoxdur. Söhbət təkcə dövlət qurumlarının və əhalinin maliyyə imkanlarından getmir, həm də Azərbaycan bazarının nəqliyyat vasitəsilə dolmasından və xüsusilə də sürət dövründə yollarda avtomobil tıxaclarının müşahidə olunmasından gedir. 

Paytaxt Bakıda tıxacların gündən-günə artması şəhərdə avtomobillərin artması ilə birbaşa bağlıdır. Bir çox şəxslər bunun qarşısının alınması üçün müxtəlif metodlar təklif edirlər. Bəziləri buraxılış ilinə, bəziləri isə növünə (yük, minik) görə avtomobil alınmasına məhdudiyyətlər qoyulmasının tərəfdarıdırlar. Hələlik isə bu sahədə ciddi bir məhdudiyyət yoxdur və vətəndaşlarımız avtomobil idxalına ciddi töhfə verməklə məşğuldurlar. 

Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada avtomobil idxalı rəqəmlərdə göstərilib.

Xəbər lenti
0