Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycanda vəzifəli şəxs bıçaqlanıb.
Bu gün Quba Rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı Quba rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayev döş qəfəsindən 3 bıçaq zərbəsi alıb. N.Əmrullayev Rayon İcra Hakimiyyətində Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışır.
Hadisə mübahisə zəminində baş verib.
Quba Rayon Mərkəzi Xəstəxanasından Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.