Sumqayıtda ölüm küçəsi

© Sputnik / Anar MustafayevPiyada keçidi, arxiv şəkli
Piyada keçidi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu səbəbdən də həmin ərazilərdə tez-tez ölümlə nəticələnən avtomobil qəzaları baş verir.

BAKI, 11 sentyabr — Sputnik. Bakının çox yerində yeraltı, yerüstü keçidlər var. Hətta bəzi ucqar rayonlarda belə bu cür keçidlər ya var, ya da tikilir. Amma təəssüf ki, əhalisinə görə ölkənin ikinci böyük şəhəri olan Sumqayıt bu imkanlardan yararlana bilmir. Sumqayıtda müəyyən abadlıq işləri aparılıb. Lakin şəhər əhalisini narahat edən kifayət qədər problem qalmaqdadır. Bunlardan biri də yollarda təhlükəsizliklə bağlıdır. Bu problemlə bağlı bir qrup Sumqayıt sakini Sputnik Azərbaycan-a məktubla müraciət edib.

Sakinlər bildirir ki, belə təhlükəli küçələrdən biri də şəhərin 13-cü mikrorayonla 10-cu mikrorayon arasından keçən, Ü.Hacıbəyov və Niyazi küşəsi ilə kəsişən Babək küçəsidir.

© Photo : Farid FaridovSumqayıt şəhəri, Babək küçəsi
Sumqayıt şəhəri, Babək küçəsi - Sputnik Azərbaycan
Sumqayıt şəhəri, Babək küçəsi

Sakinlərin fikrincə, bu küçəni Sumqayıtın ən təhlükəli avtomobil yolu hesab etmək olar. Sumqayıtda bir sıra yerlərdə işıqforlar yenilənib. Piyadaların həyatı üçün təhlükə yaradan avtomobil yollarına işıqforlar quraşdırılsa da, bu küçə yada düşməyib. Hazırda bu küçə sumqayıtlıların qorxulu kabusuna çevrilib.

Məktubda həmçinin bildirilir ki, keçən il bu yolun "Qayalı" marketin yaxınlığındakı hissəsində avtomobil yoldan keçən 2 piyadanı vuraraq ölümcül yaralayıb. "Hiper" marketin yaxınlığında isə avtobusun üstündən keçdiyi qız möcüzə nəticəsində sağ qalıb.

"Təxminin 1 km olan küçə qəza baxımından çox təhlükəlidir. Ələlxüsus axşamlar, pik vaxtlarda burada maşınların intensiv hərəkəti, alıcıların isə böyük ticarət mərkəzinə alış-verişə getməsi xüsusi stress yaradır. Ümumiyyətlə, Sumqayıt infrastruktur baxımından çox kasıbdır. Bu şəhərdə bir yeraltı keçid var. O keçid isə Sumqayıtın dəmir yolu stansiyasında, şəhərin kənarında inşa edilib. Bu keçid sərnişinlərin bir estakadadan başqasına təhlükəsiz şəkildə keçməsi üçündür. Amma şəhərin mərkəzi yerlərində — Sülh və ya Nərimanov küçəsində, eləcə də Heydər Əliyev prospektində, əhalinin gur olduğu, avtomobillərin isə intensiv hərəkət etdiyi yerlərdə yeraltı keçid quraşdırmağın vaxtı çoxdan çatıb" — deyə sakinlər məktubda bildiriblər. 

© Photo : Farid FaridovSumqayıt şəhəri, Babək küçəsi
Sumqayıt şəhəri, Babək küçəsi - Sputnik Azərbaycan
Sumqayıt şəhəri, Babək küçəsi

Onların sözlərinə görə, keçmiş icra başçısının vaxtında şəhərin Sülh küçəsində və Kimyaçılar meydanından Heydər Əliyev parkı istiqamətdə 2 yeraltı keçidin inşa olunması nəzərdə tutulurdu. Bir müddət əvvəl isə nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ikitərəfli yolda — Koroğlu prospektində yerüstü keçid quraşdırılacağı deyilirdi. Amma bunların heç biri reallaşmadı.

Sakinlərin bildirdiyinə görə, Sumqayıt şəhərində onlarla yol və küçə var ki, piyada zolağı, yeraltı və ya yerüstü heç bir keçid yoxdur. Bu səbəbdən də həmin ərazilərdə tez-tez ölümlə nəticələnən avtomobil qəzaları baş verir.

Xəbər lenti
0