"Cənnətin bir guşəsi" su altında qaldı

© REUTERS / Stephen YangMayamidə İrma qasırğasının törətdiyi fəsadlar, 10 sentyabr 2017-ci il
Mayamidə İrma qasırğasının törətdiyi fəsadlar, 10 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində 7 milyona yaxın insan bölgədən evakuasiya edilib, 3 milyondan artıq ev işıqsız qalıb

BAKI, 11 sentyabr — Sputnik. ABŞ-ın Florida ştatına bağlı Mayami şəhəri, "İrma" qasırğasının səbəb olduğu daşqınlar nəticəsində su altında qalıb. Sputnik xəbər verir ki, 7 milyona yaxın insan bölgədən evakuasiya edilib, 3 milyondan artıq ev işıqsız qalıb.

İndiyədək qasırğa səbəbindən 28 nəfərin öldüyü bildirilir. Mayami şəhərinin polis rəisi deyib ki, mərkəzi ərazilərdə suyun hündürlüyü 60-90 sm-dir.

Qeyd edək ki, Mayami şəhəri "Cənnətin bir guşəsi" kimi də tanınır və dünyada turistləri özünə cəlb edən şəhərlərin siyahısında ilk 20-likdə yer alır.

Xəbər lenti
0