Xəbər gəldi: mühüm dəyişiklik gözlənilmir

© Sputnik / Murad OrujovЖители столицы на Приморском бульваре в Баку
Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik gözlənilən hava şəraiti barədə açıqlama yayıb

BAKI, 11 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi əsəcək.

Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar - Sputnik Azərbaycan
HADİSƏ
Nazirlikdən kəskin hava dəyişikliyi xəbərdarlığı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 12-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Sentyabrın 14-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti
0