Roma Papası yaralandı

© REUTERS / Stefano RellandiniRoma Papası Fransisk, 10 sentyabr 2017-ci il
Roma Papası Fransisk, 10 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Onun səhhətində ciddi problem olmadığı bildirilir

BAKI, 11 sentyabr — Sputnik. Roma Papası Fransisk zədələnib. Sputnik Azərbaycan bu barədə "Guardian"-a istinadən xəbər verir.

Məlumata görə, hadisə Kolumbiyaya apostol səfəri zamanı baş verib. Papa Fransisk, Kartaxena şəhərində mindiyi avtomobildə tarazlığını qoruya bilməyib və alın nahiyyəsi pəncərəyə dəyib.

Nəticədə Papanın qaşı yarılıb. Lakin onun səhhətində ciddi problem olmadığı bildirilir.

Xəbər lenti
0