BAKI, 11 sentyabr — Sputnik. Sentyabrın 11-i sübh saatlarında Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində 12 ton ot bağlamasının 4 tonu yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xatırladaq ki, Qıraq Kəsəmən kəndi, məşhur Qaçaq Kərəmlə İsrafil ağanın yaşadıqları kənd olub.