BAKI, 11 sentyabr — Sputnik. İsrailin Baş naziri Benyamin Neteanyahu Nyu-Yorkda ABŞ pezidenti Donald Trampla görüşəcək. Sputnik Azərbaycan "Jerusaleem Post"-a istinadən xəbər verir ki, görüş BMT Baş Assambleyasının illik sessiyası zamanı baş tutacaq.
“Assambleya qarşısında çıxış etmək və dostum Donald Trampla görüş üçün Meksikadan ABŞ-a gedəcəm” – Netanyahu deyib.
Tramp və Netanyahunun Fələstin problemini müzakirə edəcəyi bildirilir.