"Amay" ticarət mərkəzində hind mədəniyyətini əks etdirən ənənəvi sərgi-yarmarka açılıb. Burada nəinki təkcə hind mədəniyyəti ilə tanış olmaq olar, eyni zamanda bu ölkə üçün səciyyəvi olan məhsulları da əldə etmək mümkündür.
Hind yarmarkası arzu edənləri sentyabrın 24-nə qədər Hindistan mədəniyyəti atmosferinə atılmağa dəvət edir. Ekspozisiya ziyarətçilər üçün hər gün saat 11.00-dan 19.00-a qədər açıqdır.