BAKI, 11 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Bəhreyn Krallığına 19 ədəd "F-16" qırıcısı və dəyəri 3.8 milyard dollardan çox silah satacaq. Sputnik xəbər verir ki, ölkələr arasında əldə olunan razılığı ABŞ-ın Dövlət Departamenti təsdiqləyib.
Bundan başqa, 27 milyon dollar həcmində "Toy" raketləri və 60,25 milyon dollar dəyərində gözətçi katerlərinin satışı da planlaşdırılır. Anlaşmada məqsəd Bəhreynin özünümüdafiə qabiliyyətini yüksəltməkdir.