Ağdamın "Qarabağ" klubu ölkə futbolunun tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək. Bu mərhələdə ilk oyununu "Qarabağ" sentyabrın 12-də Stamford Bridge stadionunda "Çelsi"yə qarşı keçirəcək.
Bu gün Ağdam klubunun futbolçuları rəqiblə görüşmək üçün Londona yola düşüblər. Bakının Heydər Əliyev hava limanına komanda yaxşı əhval-ruhiyyədə gəlib. Klubun baş məşqçisi Qurban Qurbanov Sputnik Azərbaycan-a müsahibəsində futbolçularının qüvvələrinə inandıqlarının bildirib.