SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qətər böhranı yeni müzakirələrə səbəb olub

© REUTERS / Kai PfaffenbachSoldan sağa: ABŞ prezidenti Donald Tramp, Kanadanın baş naziri Castin Trüdo, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində. Hamburq, Almaniya, 7 iyul 2017-ci il
Soldan sağa: ABŞ prezidenti Donald Tramp, Kanadanın baş naziri Castin Trüdo, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində. Hamburq, Almaniya, 7 iyul 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əvvəl D.Tramp Qətər şeyxi Tamim bin Həmid əl Tani ilə telefonla danışıb

BAKI, 10 sentyabr — Sputnik. ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayip Ərdoğan arasında telefon danışığı baş tutub. APA-nın verdiyi xəbərə görə, tərəflər Yaxın Şərqdə sülh və stabilliyin əldə olunması məsələlərini müzakirə ediblər.  

“Prezident Tramp, ABŞ və Türkiyənin regional stabilliyin gücləndirilməsi naminə birgə işə sadiq olduqlarını vurğulayıb” — deyə məlumatda bildirilir. 

Bundan əvvəl D.Tramp Qətər şeyxi Tamim bin Həmid əl Tani ilə telefonla danışıb. 

Qeyd edək ki, iyunun 5-də regionda diplomatik qalmaqal başlayıb. Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətəri terrorçuluğu və terror qruplaşmalarını dəstəkləməkdə günahlandıraraq diplomatik münasibətləri dayandırıblar. 

Türkiyə rəsmi Dohanı dəstəkləyərək, böhranı nizamlamaq üçün tərəfləri danışıqlara çağırıb. 

Xəbər lenti
0