BAKI, 10 sentyabr — Sputnik. Ağcabədi rayonunun Hüsülü kəndində məcburi köçkünlərin məskunlaşdığı binada (əvvəllər kənd klubu kimi fəaliyyət göstərib) yanğın baş verib.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerindədir.
Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.