BAKI, 9 sentyabr — Sputnik. Türkiyə paytaxtı Ankarada parlament binası yaxınlığında yerləşən klubların birində atışma olub.
Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, silahlı insident iki nəfər arasında baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb.
İnsidentin baş verdiyi əraziyə çox sayda polis əməkdaşı cəlb olunub. Polis atəş açan şəxsləri axtarır.