BAKI, 9 sentyabr — Sputnik. "Arakanlı müsəlmanların taleyi gündəmimizdə deyil".
Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə komissarı Federika Moqerini açıqlama verib.
"Hazırda gündəmimizdə olan əsas məsələ Venesueladakı siyasi böhran, Yaxın Şərqdəki vəziyyət və Aİ-yə üzv ölkələrlə birgə terrorizmə qarşı mübarizədir" — deyə Moqerini vurğulayıb.
Moqerini Myanmanın Arakan bölgəsində soyqırıma məruz qalan müsəlmanların taleyi ilə bağlı sadəcə çox məyus olduqlarını deməklə kifayətlənib.