BAKI, 9 sentyabr — Sputnik. Ukrayna vətəndaşlığından məhrum edilən Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Polşadan Ukraynaya keçdiyini bəyan edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə öz facebook səhifəsində yazıb.
"Qurtardı, biz Krakoveçə, Ukraynaya keçirik" — Saakaşvili yazıb.
O daha sonra amerikalı diplomat Deniel Fridlə birgə şəklini payşalaraq yazıb:
"Ukraynaya gəlişimdən əvvəl mənimlə çay içmək üçün evimə köhnə dostum, əfsanəvi amerikalı diplomat, Buş və Obama administrasiyasında dövlət katibinin müavini olmuş Deniel Frid gəlib" — yazıb.
Saakaşvili bildirib ki, ABŞ diplomatı ilə xatirələrini yada salıblar və hazırkı situasiyadan danışıblar.
Bundan əvvəl, Ukrayna hökuməti bəyan etmişdi ki, Saakaşvilini ölkəyə buraxmayacaq.
Xatırladaq ki, sabiq qubernator iyulun 26-da prezident Pyotr Poroşenkonun qərarı ilə Ukrayna vətəndaşlığından çıxarılıb.
Saakaşvili o vaxtdan indiyə kimi ABŞ və bir sıra Avropa ölkələrində səfərdə olub. Sonuncu dəfə Polşada qərarlaşmışdı.