BAKI, 9 sentyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfərə gedib.
Sputnik Azərbaycan "Kazinform" agentliyinə istinadla xəbər verir ki, İlham Əliyev artıq Astanadadır.
Paytaxt aeroportunda ali qonağı Qazaxıstan baş nazirinin müavini Yerbolat Dosayev və Astana merinin müavini Kosman Aytmuxametov qarşılayıb.
Xatırladaq ki, 10-11 sentyabr tarixlərində Astananın müstəqillik sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə İslam Əməkdaşlığı Təşkilatı tarixində ilk dəfə olaraq elm və texnologiya sammiti keçiriləcək.
Sammitdə İƏT üzvü olan ölkələrdən və müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq və regional təşkilatlardan 80-nə qədər nümayəndə iştirak edəcək.
Bununla yanaşı, sentyabrın 10-da Astanada EKSPO-2017 beynəlxalq sərgisinin təntənəli bağlanış mərasimi olacaq.