BAKI, 9 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Bəhreyn krallığına 19 ədəd "F-16" qırıcısı və dəyəri 3.8 milyard dollardan çox silah satacaq.
Sputniknews xəbər verir ki, ölkələr arasında əldə olunan razılığı ABŞ-ın Dövlət Departamenti təsdiqləyib.
Bundan başqa 27 milyon dollar həcmində "Toy" raketləri və 60,25 milyon dollar dəyərində gözətçi katerlərinin satışı da planlaşdırılır.
Silah satışında məqsəd Bəhreynin öz müdafiəsini gücləndirmək qabiliyyətini yüksəltməkdir.