İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 8 sentyabr — Sputnik. Dünən axşam Tovuz rayonunda keçirilən toy mərasimində kütləvi zəhərlənmə olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ilk olaraq 20 nəfər zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Gecə saatlarında eyni diaqnozla müraciət edənlərin sayı 39 nəfərə çatıb. Onlardan 6-sı azyaşlı, digərləri böyüklərdir. Zərərçəkənlərə ambulator yardım göstərilib. Bir neçə xəstə reanimasiyaya yerləşdirilib.
Xəstəxanadan Sputnik Azərbaycan-a verilən son məlumata görə, zərərçəkmişlərdən 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi davam etdirilir. Həmçinin reanimasiyaya köçürülən şəxslərin vəziyyəti stabilləşdiyindən, palata rejiminə keçiriliblər.
Zəhərlənmənin salatdan baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalara başlanılıb.