Sona Vəliyeva: “Dövlətimiz üçün faydalı olacaq bir işlə məşğuluq”
"Təhsil tək dövlətin deyil, ümumxalq işidir". Sputnik Azərbaycan xəbər verir ki, bunu “Kaspi” Təhsil Şirkətinin idarə heyətinin sədri Sona Vəliyeva şirkətin 2016-2017-ci tədris ilinin abituriyent kursları üzrə yekun hesabatının təqdim etmə mərasimində söyləyib.
“Dövlətimiz və xalqımız üçün faydalı olacaq bir işlə məşğuluq. Abituriyent hazırlığı sahəsində bu il şagirdlərimizin 96 faizi ali məktəblərə qəbul olub” – deyə o bildirib.