Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

DİN Qalib Rəhimovun oğlu ilə bağlı məsələyə aydınlıq gətirdi

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
DİN mətbuat xidmətinin rəhbərinin oğlunun düşdüyü qəza barədə məlumat yayıb

BAKI, 8 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlunun düşdüyü qəza ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi "Subaru" markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus "Toyota Prado" markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi "Opel" markalı avtomobilə çırpılıb.

F. Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A. Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. A. Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Səbail RPİ tərəfindən araşdırma aparılır.

A. Rəhimov Qalib Rəhimovun oğludur.

Xəbər lenti
0