BAKI, 8 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmadakı zülmdən əziyyət çəkən müsəlmanlara yardım üçün 7 milyon dollar ayıracaq. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə rəhbəri Mark Loukok açıqlama verib.
"Fondumuz qaçqınlara sığınacaq və ərzaq yardımı edir. Üstəlik vəziyyəti ağır olanlara tibbi xidmət göstərir" — Loukok qeyd edib.
BMT rəsmisi, humanitar yardımların təhlükəsiz çatdırılması üçün Myanma hökumətindən zəmanət istəyib.