KXDR özünün ballistik raketlərinin sınaqlarını dayandırmır.
Şimali Koreya mühəndisləri tərəfindən hazırlanmış sonuncu ballistik raket Yaponiya ərazisindən uçaraq Sakit Okeana düşüb.
Qeyd edək ki, 1965-1968-ci illərdə SSRİ Şimali Koreyaya bir neçə 45 km məsafəyə uça bilən bərk yanacaqlı idarə olunmayan raketli 2K6 "Luna" raket kompleksini verib. Onların əsasında ilk analoqların – "Xvason-1" (Koreya dilindən tərcümədə Mars) raketlərinin istehsalına başlanıb.
1975-1977-ci illərdə koreyalı mühəndislər Çinin maye ballistik raketləri olan, 600-1000 km məsafəyə uça bilən DF-61-Ii hazırlanmasında iştirak edib.
1980-1984-cü illərdə Misirin əldə etdiyi P-17 raketli 9K 72 "Elbrus" raket kompleksinin Şimali Koreya analoqu – "Xvason-5" yaradılıb. İlk uğurlu sınaq 1984-cü ilin aprel-sentyabrında baş tutub.
1989-1990-cı illər – Orta mənzilli ballistik "Xvason-7" (Nodon) raketlərinin hazırlanmasına başlanılıb. İlk sınaqlar Amerika peykləri tərəfindən 1990-cı ilin mayında qeydə alınıb.
İyun, 1990-cı il – Uzaq mənzilli "Xvason-6" raketinin uğurlu buraxılışı həyata keçirilib. Onun kütləvi istehsalına və İran və Suriyaya çatdırılmasına başlanılıb.
May, 1993-cü il – KXDR ərazisində "Xvason-7" raketinin ilk sınağı. Bundan əvvəl isə həmin raketin İran və Pakistanda yay sınağı keçirilmişdi.
31 avqust 1998-ci il – Üçpilləli kosmik raket daşıyıcısı "Pektusan-1"- in ("Tepxodon-1") qismən uğurlu buraxılışı həyata keçirilib. Bu, KXDR-in 2000-5000 km məsafəyə uça bilən ballistik raketin hazırlanması imkanının nümayişi olub.
5 iyul 2006-cı il – potensial uçma məsafəsi 4000-15000 km olan "Inxa-1" ("Tepxodon-2") raket daşıyıcısının ilk yay sınağı. Raket havaya cəmi 40 km qalxa bilib.
10 oktyabr 2010-cu il – KXDR yeni "Xvason-10" ("Musudan") və 1996-cı ildə Suriyadan alınmış "Toçka" sovet taktik raket kompleksinin yerli analoqu "Xvason-11"i nümayiş etdirib.
15 aprel 2012-ci il – Kim İr Senin 100 illik yubileyinə həsr olunmuş paradda ilk Şimali Koreya qitələrarası ballistik raketinin prototipi "Xvason-13" (KN-08) göstərilib.
12 dekabr 2012-ci il – "Inxa-3" kosmik raket daşıyıcısının ilk uğurlu buraxılışı. Buraxılış uğurlu olub və "Kvanmenson-3" orbitə çıxıb, lakin Yerə radiosiqnal ötürə bilməyib.
26 iyun 2014-cü il – KXDR "Xvason-11"lərin ilk uğurlu sınaqlarının sübutlarını dərc edib. İlk buraxılışlar hələ təxminən 2004-2008-ci illərdə həyata keçirilib. Bu əhəmiyyətli uçuş məsafəsinə malik olan ilk Şimali Koreya bərk yanacaqlı raketidir.
10 oktyabr 2015-ci il – Pxenyandakı paradda ön hissəsi konusşəkilli olan yeni qitələrarası ballistik raket nümayiş etdirilib. Raket əvvələr "Xvason-13"lər üçün istifadə olunan yük maşınlarında yerləşdirilib. Bu raketə KN-14 indeksi verilib.
9 mart 2016-cı il – Qitələrarası ballistik raketə yerləşdirilə bilən miniatür partlayıcının maketinin fotoları nümayiş etdirilib.
15 mart 2016-cı il – KXDR qitələrarası ballistik raket üçün istilik qorumasının ilk sınaqlarını keçirib.
9 aprel 2016-cı il – Şimali Koreya qitələrarası ballistik raket üçün yeni maye mühərrikinin stend sınaqlarını keçirib. Bu mühərriklər "Xvason-13" KN-14 raketlərinə yerləşdirilə bilər.
22 iyun 2016-cı il – Beş uğursuz buraxılışdan sonra "Xvason-10" raketlərinin ilk uğurlu sınağı olub.
24 avqust 2016-cı il – "Pukkıkson-1" sualtı qayıqlardakı ballistik raketlərin ilk uğurlu sınağı baş tutub.
5 sentyabr 2016-cı il – 1000 km uçuş məsafəsi olan "Xvason-9" raketlərinin ilk təsdiqlənmiş sınaqları həyata keçirilib.
12 fevral 2017-ci il — "Pukkıkson-2" sualtı qayıqlardakı ballistik raketlərin yerüstü modifikasiyası ilk dəfə uğurla sınaqdan keçirilib.
6 mart 2017-ci il – ABŞ-ın THAAD RƏM komplekslərinin müdafiəsini yarmaq üçün eyni zamanda dörd "Xvason-9" raketi sınaqdan çıxarılıb.
15 aprel 2017-ci il – Pxenyandakı paradda nəqliyyat-buraxılış konteynerləri formaca Çinin "Dunfen-31" və Rusiyanın "Topol" komplekslərinə oxşayan yeni mobil raket kompleksləri nümayiş etdirilib.
14 may 2017-ci il – "Xvason-12" orta mənzilli ballistik raket sınaqdan keçirilib. KXDR-nın bəyanatına görə, bu raket iri nüvə başlıqlarını daşıya bilir.
29 may 2017-ci il – "Xvason-6" raketinin yüksək dəqiq modifikasiyası sınaqdan keçirilib. Başlıqdakı kiçik qanad son mərhələdə raketi hədəfə yönəldə bilir.
4 iyul 2017-ci il – KXDR ilk dəfə olaraq ABŞ-ın qərb sahilinə nüvə başlığını çatdıra bilən "Xvason-14" tamgüclü qitələrarası ballistik raketi sınaqdan keçirib.
28 iyul 2017-ci il – "Xvason-14" raketinin ikinci sınağı onun Los-Anceles, Çikaqo və Nyu-Yorka çata biləcəyini göstərib.
Şimali Koreya raketlərinin xüsusiyyətləri, onların zərbə endirə biləcəyi uzaqlıqlarla Sputnik Qırğızıstanın hazırladığı infoqrafikada tanış ola bilərsiz.