BAKI, 8 sentyabr — Sputnik. Meksika sahillərində 8,1 bal gücündə zəlzələ olub. Sputnik Azərbaycan bu barədə "Telegraph"-a istinadən xəbər verir.
Məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Zəlzələnin episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə yerləşib.
Güclü zəlzələdən sonra Meksika sahillərində sunami təhlükəsi elan edilib. Dağıntılar və ölənlər barədə hələlik məlumat verilməyib.