Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Güclü külək qərb bölgəsində fəsadlar törətdi

© Sputnik / Ilham MustafayevGüclü külək Daşkəsən rayonunda ciddi fəsadlar törədib
Güclü külək Daşkəsən rayonunda ciddi fəsadlar törədib - Sputnik Azərbaycan
Abunə olmaq
Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir

BAKI, 7 sentyabr — Sputnik. Qərb bölgəsində güclü külək əsib. APA-nın verdiyi məlumata görə, bu gün saat 17 radələrindən əsməyə başlayan güclü külək bır sıra fəsadlar yaradıb. Gəncədə külək bəzi ərazilərdə iri gövdəli ağacların budaqlarını qırıb.

Aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər həyata keçiriblər.

Samux və Şəmkir rayonlarında da külək iri gövdəli ağacları qoparıb. Həmçinin elektrik və rabitə xətləri qırılaraq yararsız hala düşüb. Şəmkirdə bir yaşayış binasının dam örtüyü də yararsız hala düşüb.

Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Xəbər lenti
0