BAKI, 7 sentyabr — Sputnik. İsrailin döyüş təyyarələri Suriyanın Həma əyalətində, Suriya ordusuna aid silah deposunu bombalayıb. Sputnik xəbər verir ki, hadisə zamanı 2 suriyalı əsgər ölüb. Depoya ciddi maddi zərər dəydiyi bildirilir.
Məlumatı Suriyanın rəsmi xəbər agentliyi "SANA" yayıb. İsrail tərəfdən isə hələlik heç bir rəsmi açıqlama verilməyib.