Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İlin sonuna 1 dollar 3 manat olacaqmı?

© Sputnik / Murad OrujovВклады в манатах и долларах
Вклады в манатах и долларах - Sputnik Azərbaycan
Abunə olmaq
Əhalinin qışda dolların 3 manata qalxacağı barədə təlaşı artıb

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Hətta diş həkiminin yanına getdikdə belə, cari ilin sonlarında milli valyutanın kursunun dollar qarşısında aşağı düşəcəyi, 1 dolların 3 manat olacağı, nəticədə qiymətlərin artacağı barədə söhbətlərdən qaçmaq mümkün deyil.

Манаты и доллары, фото из архива - Sputnik Azərbaycan
Azərbaycanda dollar ucuzlaşdı

Manatın növbəti devalvasiyası barədə söhbətlər, məhz 2015-ci ildə və 2016-cı ilin sonlarında milli valyutanın öz mövqelərini Amerika dollarına təslim etməsindən qaynaqlanır. Həmin dövrdə müəyyən spekulyasiyalarla məşğul olmuş şəxslərin ucbatından dolların kursu manata nisbətdə xeyli qalxdı. Amma bu, o demək deyil ki, bu il də eyni vəziyyət yaranacaq.

Maliyyə çətinlikləri arxada qalıb

Kommersiya banklarında milli valyutanın məzənnəsi Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnədən cüzi fərqlənir. İlin əvvəli ilə müqayisədə milli valyuta 0,0698, yaxud 3,94% (6 avqustda 1 dollar 1,7009 manat olub) möhkəmlənib. Manatın sabitləşməsini həm də o fakt təsdiqləyir ki, aprelin 7-dən başlayaraq milli valyutanın kursu Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq 1 dollar üçün 1,71 — 1,7 manat aralığında tərəddüd edir.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən təşkil olunmuş valyuta bazarına 2017-ci ilin yanvar-avqust aylarında AR Dövlət Neft Fondu tərəfindən 2,260 milyard dollar çıxarılıb. Bu isə 2016-cı ilin analoji dövrü ilə müqayisədə 33,1% azdır (həmin ildə hərracda 3,380 milyard dollar satılmışdı).

Bu proses ARDNŞ-nin valyuta ehtiyatlarının artmasına da səbəb olub. Bu ilin yanvarından Dövlət Neft Şirkətinin valyuta ehtiyatları 1,644 milyard dollar, yaxud 5% artıb və iyulun 1-ə olan məlumata görə, 34,791 milyard dollar təşkil edib.

Yeri gəlmişkən, buna paralel olaraq, AMB-nin valyuta ehtiyatları da artıb. 2017-ci ilin 1 yanvarı ilə müqayisədə bu ehtiyatlar 3,974 milyarddan, avqustun 1-nə olan məlumata görə, 5,033 milyard dollara qədər qalxıb (artım 26,6% olub). Bununla yanaşı, bu gün ölkədə milli valyutanın kursunun sabit saxlanması ilə bağlı heç bir maliyyə çətinliyi yoxdur.

Əhalinin narazılığına inflyasiya səbəb olur

Vətəndaşları qida məhsullarının qiymət artımı xüsusilə narahat edir. Hətta rəsmi statistikaya görə, yanvar-iyul ayları ərzində qiymət artımı 14% olub. Ərzaq məhsullarını real qiyməti isə 18,2% artıb.

İnflyasiyanın həddinin belə yüksək olmasını bir sıra ekspertlər yerli sahibkarların daha çox pul qazanmaq arzusu ilə izah edirlər. Sahibkarlar mal və xidmətlərə yüksək qiymət qoymaqla daha çox gəlir əldə etməyə çalışırlar. Əhali praktiki olaraq ərzaq məhsullarının qiymətlərinin aşağı düşəcəyini gözləmir, əksinə, həyəcanla yeni mövsümdə, xüsusilə yeni il qabağı qiymətlərin yenidən qalxacağından narahatdır.

Manat və dollar - Sputnik Azərbaycan
Manat bahalaşdı: rəsmi və qeyri-rəsmi məzənnələr

Bazar iqtisadiyyatı şərtlərində hökumət sahibkarlar tərəfindən qoyulan qiymətləri tənzimləmir (Tarif Şurası yalnız müəyyən məhsul və xidmətlərin — enerji daşıyıcılarının, kommunal xidmətlərin, dərmanların və s. qiymətini tənzimləyir). Lakin istehlak bazarı bu tənzimləməni rəqabət mühitində həyata keçirməlidir və alıcıların seçim imkanı olmalıdır.

O da var ki, bir sıra məhsulların qiymətlərinin süni şəkildə artırılması prosesi bir qrup sahibkar və istehsalçı inhisarçılar arasında razılaşma yolu ilə həyata keçirilir.

Odur ki, milli valyutanın devalvasiyası təhlükəsinin qarşısını almaq və inflyasiyasını minimum səviyyəyə endirmək üçün dövlət orqanları inhisarçılıqla mübarizəni gücləndirməlidirlər.

Xəbər lenti
0