Həmyaşıdları köpək bəsləyəndə o günlərini ilanlarla oynamaqla keçirib. Sputnik Azərbaycana danışan Mirhəsən Abıyev deyir ki, yaşca ondan böyüklər ilanlardan qorxub qaçanda o bu qorxunun səbəbini anlamayıb.
Uzun illərdir ilanlarla dostluq edən Mirhəsən Abıyev təcrübələrinə əsasən bu qənaətə gəlib ki, dünyadakı bütün canlılar bir-birinə ziyan vermədən birlikdə, hətta bir damın altında belə yaşaya bilərlər, yetər ki, niyyətiniz xoş olsun. "Şirin dil ilanı belə yuvasından çıxarar" misalında olduğu kimi.