Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rayonda araşdırma aparılıb

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidТопор, воткнутый в пень, фото из архива
Топор, воткнутый в пень, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün prokurorluğa göndərilib

BAKI, 7 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nizami rayonu, Nəsimi küçəsində yerləşən "Səma" mebel mağazasının qarşısındakı ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, şikayət ETSN əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ətraf mühitin çirkləndirilməsi - Sputnik Azərbaycan
HADİSƏ
Ətraf mühitə ziyan vuranların işi məhkəməyə göndərilib

"Səma" mebel mağazasının qarşısındakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı yaşköküstə müxtəlif diametrli 4 sərv və 1 Eldar şamı ağacının kəsildiyi məlum olub. Aparılan araşdırma zamanı həmin ağacların Sabunçu rayonu Qaraçuxur qəsəbə sakini Elnur Ələkbərov tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib və təbiətə 2520 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nizami rayon Prokurorluğuna göndərilib.

Xəbər lenti
0