BAKI, 7 sentyabr — Sputnik. May ayında Türkiyədə — Əskişəhərdə baş veren verən zorlama ilə bağlı məhkəmə yekunlaşıb.
Belə ki, ana və atası ayrılan 14 yaşlı İ.Y. nənəsinin evində əmisinin cinsi təcavüzünə məruz qalıb.
Hadisəni anasına danışan İ.Y. onun məsləhəti əsasında polis idarəsinə gedərək əmisi Mustafa Y.-dan şikayət edib. İ.Y. əmisinin bundan əvvəl də ona bir neçə dəfə təcavüz etdiyini bildirib. Mustafa Y. azyaşlıya qarşı silsilə cinsi təcavüzlə bağlı hakim qarşısına çıxarılıb və məhkəmə zalındaca qandallanıb.
Məhkəmə iclası bu gün Əskişəhər 1-ci Ağır Cəza Məhkəməsində davam edib. Müttəhim qardaşı qızını döydüyünü, ona görə də, qızın ona böhtan atdığını deyib.
Məhkəmə heyəti isə iddia ilə bağlı toplanmış dəlilləri yetərli sayıb. Mustafa.Y.-nı silsilə cinsi istismar ittihamı ilə 25 il müddətinə azadlıqdan məhrum edib.