BAKI, 7 sentyabr — Sputnik. “Türkiyədə yeni serial çəkilişlərinə başlamışıq”. Sputnik Azərbaycan turkaznews.com-a istinadən xəbər verir ki, bunu azərbaycanlı aktrisa Məlahət Abbasova bildirib.
Aktrisa qeyd edib ki, o, serialda Sibel Canla birlikdə rol alacaq: “Sibel Canın baş rolda olacağı serialda mən Tatyana rolunu ifa edəcəm. “Kanal D”də yayımlanacaq serialın adı “Sevdanın bahçesi”dir. Həmçinin direktor müavini olduğum İstanbul Şəhər Teatrı ilə Azərbaycandan olan hər hansı bir teatr arasında əlaqə yaratmaq istəyirik. Layihədə Azərbaycan və Türkiyədən olan aktyorların iştirak edəcəyi bir əsər hazırlamağı düşünürük”.