Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu əşyanı uşağınızdan uzaq tutun

Abunə olmaq
Ən yayılmış travmalar - təbil pərdəsinin və yumşaq toxumların zədələnməsidir

BAKI, 6 sentyabr — Sputnik. Qulaq çöpləri əslində qulaqların içini təmizləmək üçün nəzərdə tutulmayıb. Bundan əlavə həkimlər bu çöpləri ən ziyanlı və təhlükəli əşya hesab edir.

Təkcə ABŞ-da hər gün xəstəxanalara qulaq çöplərindən istifadəyə görə ciddi qulaq travmaları alan 34 uşaq daxil olur. İl ərzində bu 125 000 uşaq təşkil edir. Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, məlumatı Ohayo Kliniki xəstəxanasının mütəxəssisləri yayıblar.

Travmaların səbəbi qulaqların təmizlənməsi (73% hallarda), qulaq çöplərindən oyuncaq kimi istifadə etmək (10% hallarda), qulaqda qulaq çöpü ola-ola yıxılma (9% hallarda). Pasiyentlərin yarısı 3 yaşına çatmamış uşaqlardır.

Ən yayılmış travmalar — təbil pərdəsinin və yumşaq toxumların zədələnməsidir. 99% hallarda travmalar yüngül olsa da bəzən qulaq çöpündən istifadə çox ciddi fəsadlara, hətta karlığa səbəb olur.

Lor həkimləri növbəti dəfə xatırladır ki, qulaq özü-özünü təmizləyən orqandır. Qulaqda yığılan "çirk" əslində qulağı mikroblar, toz və s.-dən qoruyan çox vacib maddədir. Bu maddə qulaqda daim əmələ gəlir və heç bir müdaxilə olmadan özü-özündən qulaqdan çıxır. Qulaq çöpləri isə qulaq çirkini qulağın dərinliyinə itələyərək təbil pərdəsinin travmalarının riskini artırır.

Xəbər lenti
0