BAKI, 6 sentyabr — Sputnik. Türkiyədə polis Mersin şəhərində Milli Kəşfiyyat Təşkilatının (Milli İstihparat Teşkilatı — MİT) binasına hücuma hazırlaşan terrorçu-kamikadzeni məhv edib. Sputnik Azərbaycan bu barədə "Sözcü"-yə istinadən xəbər verir.
Üzərində bomba olan terrorçu MİT binasına girməyə çalışsa da, mühafizəçilər dərhal ona atəş açaraq öldürüblər. Hazırda terrorçunun üzərindəki qurğunun zərərsizləşdirilməsi üzrə işlər davam edir.