BAKI, 6 sentyabr — Sputnik. Amerika ədəbiyyatının parlaq simalarından olan 90 yaşlı şair Con Eşberi dünyasını dəyişib. Sputnik Azərbaycan "Telegraph"-a istinadən xəbər verir ki, o, Nyu-Yorkdakı evində həyatla vidalaşıb.
"Güzgü qarşısında avtoportret" əsəri ilə 1976-cı ildə "Pulits" şeir mükafatına layiq görülən şair, daha sonra Nobel mükafatına da namizəd göstərilmişdi. Xüsusilə 1950-60-cı illərdə daha populyar olan Con Eşberi ABŞ ədəbiyyatının sonuncu ən böyük şairlərindən biri sayılırdı.