BAKI, 6 sentyabr — Sputnik. 2018-ci il Pxençxan Qış Paralimpiya Oyunlarında Rusiya yığmasının iştirakına qadağa qoyulub.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Rusiya Paralimpiya Komitəsinin üzvlüyə qəbul və ölkə paralimpiyaçılarının beynəlxalq yarışlara buraxılmaları üçün müraciətini rədd edib. Bu qərar ali qurumun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki İcraiyyə Komitəsinin iclasında Rusiya tərəfinin təqdim etdiyi sənədlərə baxıldıqdan sonra qəbul olunub.
Lakin Rusiya paralimpiyaçıları Oyunlara seçim xarakterli dağ xizəkçiliyi, biatlon, snoubord və xizəkçilik yarışlarında neytral bayraq altında çıxış edə bilərlər.
IPC ötən ilin avqustunda Rusiyanın 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarından kənarlaşdırılmasına qərar verib.