Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Mayk Tayson" Mingəçevirdədir

© Sputnik / Murad OrujovTəcili yardım, arxiv şəkli
Təcili yardım, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Marketlər şəbəkəsinin filial müdiri mühafizəçisini döyərək qulağının bir hissəsini qoparıb

BAKI, 6 sentyabr — Sputnik. Azərbaycanda marketlər şəbəkəsinin filial müdiri mühafizəçisini döyüb.

"Report"un məlumatına görə, hadisə Mingəçevir şəhərində yerləşən "5+" supermarketlər şəbəkəsinin 20 yanvar və M.Ə.Sabir küçələrinin kəsişməsində yerləşən filialında baş verib.

Belə ki, filial direktoru ilə supermarketin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə mühafizəçi, 1980-ci il təvəllüdlü Nurlan Musa oğlu Verdiyev döyülərək ağır bədən xəsarətləri alıb.

Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, o, üz və baş nayihələrindən ağır xəsarətlər alıb: "Xəstənin bir qulağı küt alətlə vurulan zərbə nəticəsində cırılıb və müəyyən hissəsi başından ayrılıb. Onun qulağı əməliyyat olunaraq tikilib. Bundan başqa xəstənin üz və digər nahiyələrində sıyrılmış-cırılmış xəsarətlər olub".

Münaqişənin səbəbi isə mühafizəçinin filial müdirindən marketlər şəbəkəsinin rəhbərliyinə şikayət etməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0