BAKI, 6 sentyabr — Sputnik. 1918-ci il sentyabrın 6-da Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb.
Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə, «Müsavat» fraksiyasının üzvü X.Xasmmədov və general S.Səfikürdskinin yer aldığı heyət Osmanlı sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyətinin rəsmi heyətinin ilk xarici səfəri idi.
Osmanlı hərbi rəhbərliyinin (hərbi nazir Ənvər paşa) də iştirak etdiyi görüşdə Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub. Məhz bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum barədə qərar verildi.