BAKI, 6 sentyabr — Sputnik. ABŞ Federal Ehtiyatlar Departamentinin (FED) vitse-prezidenti Stenli Fişer vəzifəsindən istefa verib.
"Report" xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampa yazdığı məktubunda bunu şəxsi işləri ilə əlaqələndirib.
S.Fişer cari il oktyabrın 13-dən etibarən vəzifəsini tərk edəcəyini bildirib.
Qeyd edək ki, 73 yaşlı maliyyəçi 2014-cü ildən FED-də işə başlayıb və səlahiyyət müddəti gələn il iyun ayında başa çatacaqdı.