Vüqar Bayramov: “Qiymət artımlarının iqtisadi əsasları yoxdur”
Manatın məzənnəsi stabilliyini qoruyub saxlasa da istehlak məhsullarının qiymətində artım müşahidə olunmaqdadır.
İqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, manatın məzənnəsinin sabitliyi istehlak bazarındakı qiymətlərə təsir etmir: “Qiymət artımları süni şəkildə, daha çox gəlir əldə etmək üçün edilir. Ona görə də baş verən qiymət artımlarının iqtisadi əsasları yoxdur”.