Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 6 sentyabr — Sputnik. Bu gün 02:30 saatlarında Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı avtomobildə 2 qadın, bir sürücü və biri uşaq olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar 42 yaşlı İbrahim İbrahimov, 13 yaşlı Sədulla Maqomedov, 45 yaşlı Sayadxanım Aşurbekova və 43 yaşlı Esmira Abdullayevadır. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti normal, birinin vəziyyəti orta-ağır, birinin isə vəziyyəti çox ağırdır.
Onu da qeyd edək ki, yaralılar Dağıstan Respublikasının vətəndaşıdırlar.
Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.