Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Oğulun borcuna görə atanın üstünə gəldilər

© Sputnik / Anar MustafayevКлюч в дверном замке, фото из архива
Ключ в дверном замке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis Bakının 90-cı illərə qayıtdığı barədə bəyanatı araşdırır

BAKI, 5 sentyabr — Sputnik. Nərimanov rayon Polis İdarəsinin əməkdaşları yerli sakinin Bakının 90-cı illərə qayıtdığı barədə bəyanatını araşdırır.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

16-cı polis bölməsinə Bakının Rəhimov küçəsindəki evdə yaşayan 1966-cı il təvəllüdlü Həsənov Kamran Atakişi oğlu müraciət edib. Kişi bildirib ki, sentyabrın 3-də saat 20:00-da onun qapısını naməlum şəxslər döyüb. O, bu adamlardan kim olduqlarını soruşduqda, onlar cavab veriblər ki, onun oğlu Mirsadıq onlara pul borcludur. Həsənov qapını açıb. Görüb ki, adamlardan birinin kəmərində odlu silah var. Lakin bu naməlum şəxslər Həsənovu hədələməyiblər. Qısa söhbətdən sonra çıxıb gediblər.

Hazırda polis bu məlumatın nə dərəcədə doğru olduğunu araşdırır. Hələlik faktla bağlı heç kəs saxlanılmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, məlumat həqiqəti əks etdirməyə bilər. Amma onlar bunu dəqiqləşdirməyə məsuldurlar.

Xəbər lenti
0