BAKI, 5 sentyabr — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi Qurban bayramı ərəfəsində zəngin konsert proqramı ilə Bakı sakinlərinin və qonaqlarının görüşünə gəlib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə Fəvvarələr Meydanında keçirilən konsertlərdə bu həftə tanınmış müğənnilər xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Ədalət Şükürov, əməkdar artist Elza Seyidcahan, Rasimə Seyidcahan, Təranə Mahmudova, Orxan Babazadə, Qurd (Fərid Eminov), Çinarə Bəkirova, Həmidə Hüseyn, Mətin Rzazadə, Aygün Məmmədli, Əhməd Mustafayev, Könül Şıxəliyeva, Emil Əliyev, Nofəl Aslanov, Əlisahib Cəlilov, Əhməd Mustafayev, Ruslan Zülfiqarov, "Aysel" və "Məryəm" rəqs ansamblları çıxışları ilə hər kəsə əsl bayram əhval-ruhiyəsi bəxş ediblər. Müğənnilərin rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib və maraqlı anlar yaşayıblar.